AZ

Sosioloq: Toy məclisləri ölkəmizdə böyük bir biznesə çevrilib

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Ölkəmizdə toylar yalnız bir şadlıq məclisi deyil, həm də sosial status və güc nümayişi kimi qəbul olunur. İnsanlar arasında bir yarış varmış kimi “kim daha yaxşı stol açdı”, “kimin toyunda daha fərqli məqamlar oldu” kimi məsələlər ön plana çıxır”.Bunu Demokrat.az-a açıqlamasında sosioloq Yusif Nəbiyev deyib.O bildirib ki, israf və ifrata getməyimizdə bu yarışın da rolu danılmazdır:“Amma düşünürəm ki, bu, sadəcə toyun yox, sosial status mübarizəsinin nəticəsidir. İnsanlar bunu yalnız toylarda etmirlər. Xına məclislərində, yas mərasimlərində, əsgər gedilişi və yola salışı, ev görmə, qızgörmə kimi tədbirlərdə də imkan daxilində bunu nümayiş etdirməyə çalışırlar. Amma sual yaranır: niyə bu rəqabət daha çox toylarda özünü göstərir? Səbəb budur ki, toy məclisləri ölkəmizdə böyük bir biznesə çevrilib və şadlıq sarayları bu sistemi geninə-boluna istifadə edir. Sistem buna şərait yaradır. Əgər şadlıq saraylarına lazımi nəzarət tətbiq olunarsa və onlar məclis sahiblərinə menyu, musiqi, çalğıçı kimi məsələlərdə öz şərtlərini diktə edə bilməzsə, bu status yarışı da əhəmiyyətli dərəcədə zəifləyəcək. Tamamilə aradan qalxmasa da, artıq indiki qədər ifrat olmayacaq”.Onun sözlərinə görə, burada bir kor döngü var:“İnsanlar daha dəbdəbəli toy istəyir, şadlıq sarayları bundan istifadə edib öz şərtlərini diktə edir. Bu isə digər insanları yenidən israfa və ifrata sövq edir. İnsanlar həm də düşünürlər ki, mənim oğlum və ya qızım heç kimdən geri qalmasın, toyu niyə başqalarınınkından sönük olmalıdır? Stolum niyə başqalarınınkından kasad olmalıdır? Bu döngünü qırmaq üçün ilk növbədə restoran və şadlıq saraylarının şərt diktəsini məhdudlaşdırmaq lazımdır. Ondan sonra isə tədricən hər şey öz qaydasına düşəcək. Daha kiçik və sadə toy məclislərinin sayı artdıqca, bu status yarışının tempi də azalacaq. İnsanlar görəcək ki, sadə toy zəiflik, kasıblıq və ya zövqsüzlük demək deyil. Hətta imkanlı şəxslər də övladlarına sadə toy edə bilər və tanınmış şəxslərin kiçik çevrə ilə keçirdiyi toylar nümunə ola bilər”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
demokrat.az

1Mənbələr