AZ

Dermatoloq açıqladı: Duşda səhv etdiyiniz hər şey dərinizə zərər verir

"İnsanların əksəriyyəti duş qəbul edərkən səhvlərə yol verir".

Ölkə.az xəbər verir ki, bu barədə "HuffPost" nəşrinə dermatoloq Nikol Neqbenebor danışıb.

Həkimin sözlərinə görə, duşda yuyunmağın əsas sirri suyun temperaturunun düzgün seçilməsidir.

O qeyd edib ki, çox isti su dərinin qoruyucu baryerini pozur, nəticədə dəri quruyur və qıcıqlanır. Bundan əlavə, dermatoloq antibakterial sabunlardan uzaq durmağı, qoxusuz və daha sadə tərkibli yuyucu vasitələrdən istifadə etməyi tövsiyə edib.

Dermatoloq sosial şəbəkələrdə tez-tez rast gəlinən, duş zamanı əvvəlcə yağ əsaslı, sonra isə su əsaslı təmizləyici vasitələrdən istifadə olunması ilə bağlı məsləhətləri də tənqid edib. Onun fikrincə, bu cür qulluq artıq və lazımsızdır. Həkim bunun əvəzinə duş zamanı adi duş geli ilə yuyunmağı, daha sonra isə dəriyə yağ çəkməyi məsləhət görüb.

Son olaraq mütəxəssis skrab və pilinq vasitələrinin ehtiyatla istifadəsini vurğulayıb. O bildirib ki, bu məhsullardan istifadə etmək olar, lakin dəri quruyur, dartılır və qabıqlanırsa, müvəqqəti olaraq onlardan imtina etmək və ya süd (laktik) və ya qlikolik turşu əsaslı pilinqlərə üstünlük vermək daha məqsədəuyğundur. Dermatoloqun sözlərinə görə, bu tip qulluq dəri üçün daha yumşaq hesab olunur.

Həmidə İbrahimova

Seçilən
106
1
olke.az

2Mənbələr