Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiya Silahlı Qüvvələri dekabrın 18-nə keçən gecə Ukraynanın Çerkası şəhərinə kütləvi şəkildə pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücum nəticəsində azı altı nəfər xəsarət alıb.
“AzPolitika” bildirir ki, bu barədə Çerkası Vilayət Hərbi Administrasiyasının rəhbəri İqor Taburets məlumat verib.
Onun sözlərinə görə, Rusiya hərbçilərinin əsas hədəfi şəhərin kritik infrastrukturu olub. Zərbələr nəticəsində Çerkasının bir hissəsi elektrik enerjisiz qalıb. Hazırda enerji təchizatının bərpası üçün işlər davam etdirilir.
Eyni zamanda yaşayış infrastrukturu da ciddi zərər görüb. İlkin məlumatlara əsasən, azı on beşə yaxın fərdi yaşayış evi zədələnib. Evlərin pəncərələri və dam örtükləri dağılıb, bəzi ünvanlarda yanğınlar baş verib. Bundan əlavə, idman kompleksinin pəncərələri sınıb, bir sıra avtomobillərə ziyan dəyib. Zərərin miqyası ilə bağlı qiymətləndirmə işləri davam etdirilir. İqor Taburets bu barədə özünün “Telegram” kanalında bildirib.
Rusiya ordusunun növbəti hücumu Krivoy Roq şəhərində də itkilərə səbəb olub. Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, şəhərə endirilən zərbələr nəticəsində dörd nəfər xəsarət alıb.
Bildirilib ki, hücum zamanı beş ədəd ikimərtəbəli yaşayış binası, fərdi evlər, inzibati bina və mədəniyyət müəssisəsinə aid bina zədələnib. Eyni zamanda yardımçı tikililərdə yanğınlar qeydə alınıb.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.