Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qusar, 18 dekabr, Elxan Yusifli, AZƏRTAC
Şahdağ Turizm Mərkəzində il boyu xizək sürmək imkanı verən xüsusi simulyatorlar quraşdırılıb. Simulyatorlar xizək sürməyi yeni öyrənənlər, həm də peşəkarlar üçün nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni simulyatorlar Azərbaycanda qış turizm mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə “Şahdağ” Turizm Mərkəzinə təşkil olunan mediatur zamanı təqdim edilib.
Qeyd edək ki, “Şahdağ”da bu günə qədər həyata keçirilən işlər nəticəsində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlik dərəcəsində olan yamacların sayı 37-ə, uzunluğu isə 45 kilometrə çatdırılıb, xizək sürməyə yeni başlayanlar üçün 6 konveyer tipli yol salınıb. Həmçinin xizək yamaclarının daim qarla təmin olunması üçün 600 ədəd qar generatoru quraşdırılıb. Bununla yanaşı, qış və yay aylarında açıq və qapalı məkanlarda fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə çatdırılıb.
-1 / 3
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.