Türkiyənin Quru Qoşunları Komandanlığı modernləşdirilmiş tankları, yeni raket, HHM, PUA və tank əleyhinə sistemləri inventarına daxil edib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Türkiyə Quru Qoşunlarının inventarına daxil edilən sistemlər:
L-UMTAS lazer axtarıcı başlıqlı uzunmənzilli tank əleyhinə raket;
KARAOK tank əleyhinə raket kompleksi;
HİSAR-O orta hündürlüklü hava hücumundan müdafiə sistemi;
“Bayraktar TB3” pilotsuz uçuş aparatı;
Modernləşdirilmiş M60T tankı.
Bundan başqa, “Makine ve Kimya Endüstrisi” şirkəti tərəfindən istehsal edilən müxtəlif çap və sayda silah-sursat da Türkiyə Silahlı Qüvvələrinə çatdırılıb.