AZ

“Mehri dəmir yolu Rusiyanın tabeçiliyində olmayacaq” –Ermənistandan açıqlama

Ermənistan Mehri dəmir yolu ərazisinin Rusiyanın tabeçiliyində olmayacağını bəyan edib. 

AzPost bildirir ki, bu barədə parlamentin Xarici Əlaqələr Komitəsinin rəhbəri Sarkis Xandanyan açıqlama verib.

Onun sözlərinə görə, TRIPP layihəsi çərçivəsində Ermənistanın cənubunda tikiləcək 43 kilometrlik yeni dəmir yolu Rusiyanın Cənubi Qafqaz Dəmir Yoluna məxsus olmayacaq.

O, bildirib ki, ölkədəki mövcud dəmir yolu xətləri Rusiyanın balansında olan “Cənubi Qafqaz Dəmir Yolları”na məxsusdur. “Tramp marşrutu”nun 43 kilometri TRIPP-ə məxsus olacaq. Bu yol layihənin bir hissəsi kimi yaradılması planlaşdırılır”.

AzPost.az

Seçilən
64
1
azpost.info

2Mənbələr