AZ

''Fənər''in braziliyalı ulduzla bağlı planı bəlli oldu

''Fənərbaxça''nın aparıcı üzvlərindən biri olan Anderson Talişkanın müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Təcrübəli braziliyalı futbolçunun gələcəyi ilə bağlı hələ ortada konkret bir şey olmasa da, Türkiyə mətbuatının yazdığına inansaq, rəhbərlik baş məşqçi Domeniko Tedeskonun da tələbi ilə onunla yeni müqavilə ilə bağlı danışıqlara başlamağa hazırlaşır.

Jurnalist Sərcan Həmzəoğlunun paylaşdığı xəbərə inansaq, rəhbərlik illik 5 milyon avro maaş olmaqla braziliyalıya ikiillik yeni müqavilə təklif etmək istəyir. Talişkanın indiki illik qazancı 6,5 milyon avrodu. ''Fənər''in təklif edəcəyi müqavilədə qol, məhsuldar ötürmə və qazanılacaq titullarla bağlı əlavə bonuslar da yer alacaq. 31 yaşlı futbolçunun vətəninə qayıdacağı ilə bağlı şayiələr də dolaşır. Ona ''Flamenqo'' və ''Korintians'' maraq göstərir.

Son iki rəsmi oyunda 5 qol vurması ilə diqqət çəkən Talişka ''Fənərbaxça''da bu ilin yanvarından çıxış edir. O indiyə qədər ''sarı-lacivərdlilər''in heyətində 47 rəsmi oyunda aktivinə 25 qol, 4 məhsuldar ötürmə yazıb.

Seçilən
126
1
football-plus.az

2Mənbələr