Sinema dünyasının ən prestijli təşkilatı olan "Oskar" mükafatları yarım əsrlik televiziya ənənəsinə son qoyaraq rəqəmsal dövrə tam uyğunlaşmaq qərarı alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, 2029-cu ildən etibarən mərasimin qlobal yayım hüquqları üçün "YouTube" ilə çoxillik müqavilə imzalanıb.
Razılaşmaya əsasən, 101-ci "Oskar" mükafatları mərasimi ilə başlayacaq bu proses 2033-cü ilə qədər davam edəcək.
Bu tarixdən etibarən mərasim bütün dünyada "YouTube" üzərindən canlı və pulsuz şəkildə izlənə biləcək.
Təxminən 50 ildir mərasimin yayımını həyata keçirən ABC kanalı isə 2028-ci ildə keçiriləcək 100-cü il xüsusi mərasimi ilə Oskar yayımlarına vida edəcək.