The Washington Post və PBS-in “Frontline” proqramının birgə araşdırmasına görə, İsrail “Narniya” əməliyyatı çərçivəsində İran nüvə alimlərinə qarşı gizli sui-qəsd kampaniyası həyata keçirib.
Araşdırmada bildirilir ki, əməliyyat İran daxilində yerləşmiş onlarla İsrail casusu tərəfindən planlaşdırılıb və mümkün genişmiqyaslı müharibə ərəfəsində icra olunub.
Bildirilib ki, iyunun 13-də Tehranda yaşayış binalarına hücumlar başlayıb və nəzəri fizik Məhəmməd Mehdi Tehrançi, İran Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fereydun Abbasi də daxil olmaqla, 11 yüksək səviyyəli nüvə alimi öldürülüb. Hücumlar İranın cavab təhlükələrinə və diplomatik kanalların bağlanmasına səbəb olub.
Beynəlxalq rəsmilər vurğulayır ki, İranın nüvə proqramı tamamilə məhv edilməyib, yalnız bir neçə il geriyə atıla bilər. Tehran isə proqramının dinc xarakter daşıdığını iddia edir.