Bakı. Trend:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın18-də davam etdirilib.
Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində keçirilən məhkəmə iclasında dövlət ittihamınımüdafiə edən prokuror çıxış edib.
Prokuror çıxışında Ruben Vardanyanın ömürlük azadlıqdan məhrumedilməsini təklif edib.
Trendxatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq,terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilətəqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəbaşlanılmış cinayət işinin ibtidai istintaqı AzərbaycanRespublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.