AZ

“Bakı Araikin və digərlərinin yerini, harada olduğunu bilirdi” –Separatçı Şahramanyan

İrəvana qaçmış Qarabağ separatçılarının rəhbəri Samvel Şahramanyan bu gün Ermənistan Prokurorlğuna çağrılıb. 

AzPost erməni mediasına istinadən bildirir ki, o, 2023-cü ildə Azərbaycanın keçirdiyi anti-terror  əməliyyatı və onun nəticələri ilə bağlı şahid ifadəsi verib.

Onun sözlərinə görə, Hərbi İstintaq Komitəsində dindirilmə 44 günlük müharibə ilə deyil, 2023-cü ilin hərbi əməliyyatları və onların nəticələri ilə bağlı olub. İlkin istintaqın məxfiliyinə görə o, təfərrüatları açıqlamayıb.

Şahramanyan 2023-cü ildəki əməliyyatla bağlı bəzi məqamları açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan Xankəndində qalmış separtçı rəhbərləri həbs etmək üçün bütün koordinatlara malik olub: “Azərbaycan tərəfi kimin harada olduğunu çox yaxşı bilirdi”.

Şahmarayan deyib ki, həmin vaxt Ermənistana yeganə işlək yol Laçın dəhlizi idi. O, Samvel Babayanın Laçın dəhlizi ilə Ermənistana keçdiyini bildirib.

Qeyd edək ki, Paşinyan hakimiyyəti İrəvanda qondarma Qarabağ nümayəndəliyinin olmasını istəmir və bura toplaşanlara hər hansı bəyanatla çıxışı qadağan edilib. Samvel Şahramanyan isə Erməni Kilsəsinin başçısı katolikosu dəstəkləyən açıqlama verib. Dekabrın 11-də binada axtarş aparılıb.

 

 

AzPost.az

Seçilən
76
1
azpost.info

2Mənbələr