Şamaxıda körpə bədbəxt hadisə nəticəsində ölüb.
Bu gün səhər saatlarında Şamaxı şəhəri ərazisindəki fərdi yaşayış evlərindən birində baş verib.
Şəhər sakini, 2025-ci il təvəllüdlü Elgün Elşən oğlu Süleymanov yaşadığı evdə uşaq çarpayısında yemək yeyərkən yıxılıb. 10 aylıq körpə hadisə yerində ölüb.
İlkin məlumata görə, körpə yıxılarkən yediyi yemək qida borusunda qalıb və dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.