AZ

"Sabah"ın 5 legioneri liderlik uğrunda mübarizəni kənardan izləyəcək -Biri isə qeyri-müəyyəndir

Bu gün Misli Premyer Liqasının 1-ci turundan təxirə salınanmış "Qarabağ" - "Sabah" matçı keçiriləcək.

"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, meydan sahibləri önəmli oyuna tam heyətlə çıxa bilməyəcəklər:

"Cəzalı futbolçu yoxdur. Pavol Şafranko, Zinəddin Uld Xaled, Cesse Sekidika, Boyan Letiç və Neqoş Kupusoviç zədə səbəbindən oynamayacaqlar. Anatoli Nuriyevin durumu isə qeyri-müəyyəndir. Nuriyev hazırda məşq edir. Amma meydana çıxa da bilər, çıxmaya da".

Qeyd edək ki, "Sabah" hazırda 2 xal geri qaldığı "Qarabağ"ı yenəcəyi halda, liderliyə yüksələcək.

Nihat

Seçilən
71
1
fanat.az

2Mənbələr