Bakı. Trend:
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyatakeçirilən “Məşğulluğa Dəstək” layihəsi Azərbaycan əhalisininözünüməşğulluq proqramının genişləndirilməsi və sosial rifahınınyaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Trend xəbərverir, bunu bu gün Azərbaycan Respublikasının Əmək və ƏhalininSosial Müdafiəsi naziri Anar Əliyev “Dayaq” mükafatının təqdimetməmərasimində bildirib.
“Ötən dövrdə layihə uğurla həyata keçirilib, 26 min nəfəraktivlərlə təmin olunub. Layihənin 2026–2029-cu illəri əhatə edəcəkikinci mərhələsi çərçivəsində isə əlavə 30 min nəfər layihəiştirakçısına dəstək göstəriləcək.
Sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması AzərbaycanRespublikasının əmək münasibətləri sahəsində həyata keçirdiyisiyasətin əsas istiqamətlərindən biridir”, – deyə nazirbildirib.
A. Əliyevin sözlərinə görə, hazırda Azərbaycan 59 konvensiyanıvə 1 protokolu ratifikasiya edərək Beynəlxalq Əmək Təşkilatınınqəbul etdiyi standartların sayına görə MDB ölkələri arasında önsıralarda yer alır.
Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59konvensiya və bir protokolunu ratifikasiya edib və hazırdaBeynəlxalq Əmək Təşkilatının standardlarını ən çox qəbul etmiş MDBölkələrindən sayılır.