AZ

AzMİU-nun rektoru: Universitetin 50 illik yubileyi onun keçdiyi şərəfli yola nəzər salmaq üçün bir fürsətdir

Bakı, 18 dekabr, AZƏRTAC

AzMİU-nun 50 illik yubileyi universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bu ali təhsil müəssisəsinin 50 illik yubiley tədbirində söyləyib.

Rektor qeyd edib ki, 50 illik yubileyin qeyd edilməsi həm də ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafına dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin bariz göstəricisidir.

Seçilən
129
azertag.az

1Mənbələr