Uşaq və Gənclər Futbol Federasiyasının İB tərəfindən həyata keçirilən “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinin iş planına uyğun olaraq növbəti səfər 14 dekabr 2025-ci il tarixdə Qusar şəhərində baş tutub.
Redaktor.az xəbər verir ki, Qusar Olimpiya Mərkəzində keçirilən tədbir çərçivəsində bölgənin uşaq futbol komandalarının gənc oyunçuları və məşqçiləri ilə görüş keçirilib.
Tədbirdə UGFF-nin prezidenti Asif Əliyev, federasiyanın baş katibi Asim Xudiyev, federasiyanın İdarə Heyətinin üzvləri, Qusar İdman İdarəsinin nümayəndələri, Şahdağ (Qusar) futbol klubunun rəhbəri İlham Murtuzayev, rayonun futbol veteranı Kəmran Nurəhmədov, METAK Uşaq Futbol Klubu və Şirvanovka Uşaq Futbol Klubu iştirak ediblər.
Tədbirdən əvvəl uşaq futbol bölmələrinin üzvlərinə idman geyimləri və futbol topları hədiyyə edilib. Çıxış edənlər arasında UGFF-nin prezidenti Asif Əliyev, federasiyanın baş katibi Asim Xudiyev, Şahdağ futbol klubunun rəhbəri İlham Murtuzayev və futbol veteranı Kəmran Nurəhmədov olublar.
Tədbirin sonunda yeniyetmə futbolçular arasında mini-turnir təşkil olunub.


