"Emin Əmrullayevin son vaxtlar çıxışları cəmiyyətdə ajiotaj yaradır. İstər müəllimlər haqqında səsləndirdiyi fikirlər olsun, istərsə də bu yaxınlarda dilə gətirdiyi açıqlamalar ajiotaj yaradır".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Murad elm və təhsil naziri Emin Əmrullayevin Real TV-yə müsahibəsində "əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?" fikrinə münasibət bildirərkən dedi.

"Müəllimlər istənilən halda şagirdlərə təhsil verirlər. Sadəcə olaraq, məktəblərdəki ümumi vəziyyətə əsasən, müəllimin vaxt məsələsi ona imkan vermir ki, daha keyfiyyətli təhsil versin. Müəllim onsuz da aşağı, onu qane etməyən maaş alır. Bunu gətirib əlavə olaraq elə cümlələrlə maaşın daha da aşağı salınması və yaxud maaş verilməməsi kimi təkliflər irəli sürmək həm müəllimlərin məktəbdən daha da uzaqlaşmasına səbəb olur, həm də müəllimlərin gördüyü işə, el arasında desək, “can yandırmamaq” kimi hallara gətirib çıxarır", - deyə müsahibimiz bildirdi.
Nuriyyə NATİQQIZI