AZ

“Vilyarreal” İspaniya Kuboku ilə vidalaşdı

İspaniya Kubokunun 2025/2026 mövsümünün 1/16 final mərhələsində “Rasinq” və “Vilyarreal” komandaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Santander şəhərində yerləşən “El Sardinero” stadionunda baş tutan oyunda meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar.

Görüşün 6-cı dəqiqəsində “Rasinq”in hücumçusu Xuan Karlos Arana hesabı açıb. 28-ci dəqiqədə o, dublunu rəsmiləşdirərək komandasının üstünlüyünü iki topa çatdırıb. Matçın 86-cı dəqiqəsində “Vilyarreal”ın hücumçusu Ayose Peres fərqi azaltsa da, bu qol qonaqları xilas etməyib – 2:1.

Qeyd edək ki, İspaniya Kubokunun hazırkı qalibi Kataloniyanın “Barselona” klubudur. Ötən mövsümün finalında katalonlar “Real Madrid” üzərində 3:2 hesablı qələbə qazanıblar (əlavə vaxtda).

Seçilən
61
90deqiqe.az

1Mənbələr