Uzun müddətdir menecer kimi çalışan Boyan İliç Azərbaycana gəlib,
O, “Qarabağ”ın Suraxanıda yerləşən bazasında olub.
Bu barədə serbiyalı agentin özü “instaqram” hesabında paylaşım edib.
Vaxtilə ölkəmizdə “Qarabağ”la yanaşı, “Bakı”nın da formasını geyinmiş İliçin ölkəmizə budəfəki səfəri transfer məsələləri ilə bağlıdır.
Balkanlı menecer bir müddət öncə xidmətini kluba təklif etdiyi futbolçularla əlaqəli məsələlərin müzakirəsi üçün bura təşrif buyurub.
Çünki qarşıdan qış fasiləsi gəlir və “pəncərə” açıq elan olunacaq. “Köhlən atlar”ın bu müddətdə heyətini daha da gücləndirəcəyi gözlənilir.
Hər halda Qurban Qurbanov belə bir açıqlama verib.
Baş məşqçi hazırda bir çox futbolçu ilə danışıqlar apardıqlarını və növbəti 1 ay ərzində 3-4 transfer əməliyyatı reallaşdırmağı planlaşdırlıqlarını bildirib.
SPORTİNFO.AZ