AZ

“Azərbaycan keçmiş müdafiə naziri Kamo Vardanyanı da əsir götürməyi planlaşdırırdı” - Şahramanyan

Azərbaycan həmçinin, əhalinin “Artsax”dan təhlükəsiz təxliyəsi müqabilində Kamo Vardanyanın (qondarma Artsaxın keçmiş müdafiə naziri - red.) saxlanmasını tələb edirdi.

Herbiand.az bildirir ki, bu barədə keçmiş Dağlıq Qarabağın qondarma prezidenti Samvel Şahramanyan jurnalistlərlə söhbətində söyləyib.

O, vurğulayıb ki, Bakı onu da əsir götürmək niyyətində olduğu şəxslər siyahısına daxil edib: “Bəli, insanlar Azərbaycanın belə qərar verdiyini bilirdilər, lakin onlar əhalinin təhlükəsiz təxliyəsini təşkil etmək üçün qaldılar”.

Qeyd edək ki, Kamo Vardanyan 2024-cü ilin avqustunda Ermənistan müdafiə nazirinin müşaviri təyin edilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
106
herbiand.az

1Mənbələr