AZ

"Milan" "Vest Hem"in hücumçusunu transfer edir

style='margin-bottom:10px;'>

"Vest Hem" və Almaniya millisinin hücumçusu Niklas Fülkruq "Milan"a keçməyə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

32 yaşlı futbolçunun özü ilə danışıqların müsbət yöndə getdiyi bildirilib. 

Qeyd edək ki, Fülkruq 2024-cü ilin yayından "Vest Hem"də oynayır. O, bu mövsüm bütün yarışlarda 9 oyuna çıxıb və qol vura bilməyib. Futbolçunun transfer dəyəri 8 milyon avrodur.

Seçilən
98
1
teleqraf.com

2Mənbələr