ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modinin olduğu cizgi filmi bir milyondan çox baxış toplayıb.
Globalinfo.az xəbər verir ki, animasiya Hindistanın “India Today” televiziya kanalında yayımlanıb.
“Videoda Putin və Modinin neft platformalarının yanından motosikletlə keçərək Hindistanda populyarlaşan dostluq haqqında mahnı oxuduqları təsvir olunub. Videoda həmçinin arxa planda Rusiyanın Hindistana tədarük etdiyi S-400 zenit-raket sistemləri, iki yanacaqdoldurma məntəqəsi görünür: birində “Rusiya“, digərində “ABŞ” yazısı var.
ABŞ prezidenti Donald Tramp yanacaqdoldurma məntəqəsinin yanında dayanıb. Modi motosikletini Rusiya yanacaqdoldurma məntəqəsində doldurur və sonra Putinlə yola düşür”, – deyə “RİA Novosti” agentliyi yazıb.
Məlumata görə, cizgi filmi bütün platformalarda 1.130.900 baxış sayını keçib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.