AZ

AzMİU-da 600 professor-müəllim heyəti ilə 7 fakültədə yüksək səviyyəli təhsil təmin edilir

Bakı.Trend:

AzMİU-da hazırda yüksək səviyyəli, təcrübəli mütəxəssislər vəalimlərdən, eyni zamanda, gənc kadrlardan ibarət 600 nəfərprofessor-müəllim heyəti 7 fakültədə mütəxəssis hazırlığını təminedirlər.

Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovauniversitetin 50 illik yubileyi ilə bağlı keçirilən tədbirdədeyib.

O bildirib ki, tədris 3 dildə azərbaycan, ingilis və rusdillərində aparılır. 24 ixtisas üzrə bakalavr pilləsində mütəxəssishazırlığı həyata keçirilir:

"Magistratura səviyyəsində 53 proqram üzrə hazırlıq aparılır.Son on ildə universitetin hazırladığı bakalavr ixtisaslarırınınstrukturu 25%, magistratura istisas və ixtisaslaşmaların strukturu60% yenilənib, MBA proqramları açılıb. Bu rəqəmlərin arxasında yenitəhsil proqramlarının hazırlanmasına, yeni məzmun yaradılmasınasərf edilmiş gərgin fəaliyyət dayanır".

Rektor əlavə edib ki, bu illər ərzində universitetin elmi vəpedaqoji potensialının inkişafı sistemli tədbirlərlədəstəklənib.

"Differensial əmək haqqı sisteminin tətbiqi professional inkişafmotivasiyanı artırıb. Bununla yanaşı ingilis dili və İT bilik vəbacarıqlarının artırılması üçün konkret işlər görülüb. 15 ixtisasüzrə ingilis dilində tədris 100% universitetin müəllimləritərəfindən həyata keçirilir",- deyə o əlavə edib.

Məqalədə:
Seçilən
80
az.trend.az

1Mənbələr