Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev QHT.az-a açıqlamasında 2025-ci ilin vətəndaş cəmiyyəti üçün yadda qalan və əlamətdar bir il olduğunu bildirib.
Onun sözlərinə görə, hər yeni ilə qədəm qoyarkən yeni ümidlər və planlar qurulur, lakin həyat bəzən gözlənilməz imkanlar yaradaraq insanı və təşkilatları fərqli proseslərin bir parçasına çevirir:
"Əslində bu çox maraqlıdır, gözləmədiyin halda həyat qarşımıza yeni, gözlənilməz imkanlar yaradır, qapılar açır və hər şey daha maraqlı məcrada davam edir. Bu baxımdan 2025-ci il bizim planlarımıza daxil olan bir sıra layihələrlə yanaşı heç düşünmədiyimiz fürsətlərlədə çox yadda qalan oldu. Fərqində olmasaqda son 5 ilin hər günü yadda qalan bir tarixi gün kimi yaddaşlara yazılır, hər gün istər qlobal səviyyədə istərsədə hər bir insanın həyatında hiss edəcəyi səviyyədə iz buraxan tarixə çevirilir. 2025-ci il mənim və mənim təşkilatım üçün də çox yadda qalan, inkişafımıza müsbət təsir göstərən yadda qalan fəaliyyətlərə zəngin olmuşdur."