İki aya yaxındır komada olan Türkiyəli müğənni Fatih Ürekin son durumu açıqlanıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda jurnalist Özlem Gurses məlumat verib.
Onun sözlərinə görə müğənni yaşasa da yatağa bağlı şəkildə qalacaq:
"Uzun zamandır komada olan Fatih Ürekin vəziyyəti hələ də ağırdır. Bir dəfə gözlərini açıb-bağlasa da hələ də oyanmayıb. Uzun müddətdir yataqda yatılı vəziyyətdə qaldığı üçün bədənində çoxlu sayda yaralar meydana gəlib. İnşallah ki, yaxşı olsun, amma o yaşasa da artıq həyatına sərbəst şəkildə davam edə bilməyəcək. Ona baxıcı baxmalıdır".
Xatırladaq ki, müğənni oktyabr ayında infarkt keçirərək xəstəxanaya yerləşdirilib. İddialara görə onun bu hala düşməsinə səbəb isə arıqlama iynəsindən istifadə etməsi olub.