AZ

Ulu Öndərin strateji iradəsi milli mühəndislik məktəbini formalaşdırdı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi yalnız bir tarix göstəricisi deyil, bu yubiley ölkəmizdə memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin yaradılması və dövlət tərəfindən ardıcıl dəstəyin nəticəsidir.

AzEdu.az xəbər verir ki, bu sözləri AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova universitetin 50 illik yubileyi ilə bağlı keçirilən təntənəli yığıncaqda bildirib.

Rektor qeyd edib ki, universitetin keçdiyi inkişaf yolu Azərbaycanın ümumi sosial-iqtisadi tərəqqisi ilə sıx bağlıdır və ölkənin intellektual potensialının formalaşmasında mühüm rol oynayıb.

"Ulu Öndər Heydər Əliyevin ali təhsil sisteminə, xüsusilə mühəndislik sahəsinə verdiyi strateji əhəmiyyət AzMİU-nun yaradılmasının və institusional inkişafının əsasını təşkil edib. Universitetin məhz bu siyasi iradə nəticəsində formalaşması, sonrakı illərdə universitet statusu alması və adının Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi təsdiqlənməsi dövlətin mühəndis kadr hazırlığına uzunmüddətli baxışının göstəricisidir".

Cavid Zahidoğlu

Seçilən
133
azedu.az

1Mənbələr