AZ

Venesuela ABŞ qüvvələrindən qorunmaq üçün hərbi gəmilər yerləşdirib

ain.az bildirir, Ayna portalına istinadən.

"Bir neçə gəmi Venesueladan Asiyaya Venesuela dəniz eskortu altında yola düşüb”

Venesuela ABŞ Prezidenti Donald Trampın sanksiya tətbiq edilən tankerləri blokadaya almaqla bağlı təhdidlərindən sonra neft məhsulları daşıyan gəmiləri qorumaq üçün hərbi gəmilər yerləşdirib. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.

"Bir neçə gəmi Venesueladan Asiyaya Venesuela dəniz eskortu altında yola düşüb. ABŞ-ın hədəf almaqla hədələdiyi sanksiya tətbiq edilən tankerlər siyahısında heç bir kommersiya gəmisi yoxdur", - deyə nəşr yazıb.

Nəşr Vaşinqtonun gəmilər üçün hərbi eskortdan xəbərdar olduğunu aydınlaşdırıb. Hazırda bir neçə variant nəzərdən keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
123
ayna.az

1Mənbələr