AZ

Ağsuda saxta sənədlər hazırlayan şəxs tutulub

Ağsuda saxta sənədlər hazırlayaraq vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub.
 
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 34 yaşlı Kamran Abdullayev saxlanılıb.
O, saxta sənədlər hazırlayaraq vətəndaşların dövlət qurumlarında olan işlərini müsbət həll edəcəyinə dair yalan vədlər verib və bu kimi dələduzluq əməlləri ilə onların pulunu ələ keçirib.

K.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Həmin şəxsin analoji əməllərindən zərər görən şəxslər polis orqanlarına məlumat verə bilərlər
 
 
 

Seçilən
34
28
7news.az

10Mənbələr