FİFA 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi Dünya Kubokunda paylanacaq mükafat pullarını elan edib.
Apasport.az xəbər verir ki, 2026 Dünya Kubokunun mükafat fondu 2022-ci ildə Qətərdə keçirilən turnirlə müqayisədə 50 faiz artırılıb. Ümumilikdə turnirdə 727 milyon dollar mükafat pulu paylanacaq.
Dünya çempionu adını qazanan komanda 50 milyon dollar, finalçı 33 milyon dollar, üçüncü yerin sahibi isə 29 milyon dollar mükafat əldə edəcək.
2026 Dünya Kuboku üzrə mükafat bölgüsü:
Çempion: 50 milyon dollar
İkinci yer: 33 milyon dollar
Üçüncü yer: 29 milyon dollar
Dördüncü yer: 27 milyon dollar
5–8-ci yerlər: 19 milyon dollar
9–16-cı yerlər: 15 milyon dollar
17–32-ci yerlər: 11 milyon dollar
33–48-ci yerlər: 9 milyon dollar
Bundan əlavə, turnirdə iştirak edən hər milli komanda əlavə olaraq 1,5 milyon dollar gəlir əldə edəcək.
Qeyd edək ki, 2026 Dünya Kuboku tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.
“Zaqatala” evdə uduzdu, “Baku Sportinq” səfərdə qazandı
"Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb
Premyer Liqa klublarında UEFA PRO lisenziyalı məşqçilər üstünlük təşkil edir
Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub