AZ

Avtobus dayanacağını zəbt edən bu sürücülər hamıya təhlükə yaratdı VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Sumqayıtda dayanma-durma qaydasını pozan sürücülər hərəkət iştirakçılarına maneə yaradırlar. Avtosfer.az xəbər verir ki, söhbət Heydər Əliyev prospektindən gedir. Ərazidən qeydə alınmış videodan da aydın şəkildə görünür ki, "Nissan" və "Ford" markalı avtomobillərin sürücüləri dayanacağın düz qarşısında parklanma ediblər. Bu səbəbdən avtobus sürücüləri ikinci cərgədə dayanmağa məcbur olub. Həmin istiqamətdə hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri əks yola keçərək yollarına davam ediblər. Eyni zamanda avtobusa minib-düşən sərnişinlər də çətinliklə üzləşirlər.

Sözügedən videonu təqdim edirik.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
avtosfer.az

1Mənbələr