AZ

Meksika Prezidentindən maraqlı TƏKLİF: “Ata yurdu” sözünü dəyişək – VİDEO

Meksika prezidenti “Ata yurdu” əvəzinə “Ana yurdu” deyilməsini təklif edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Klaudiya Şeynbaum qadınların cəmiyyətdəki rolunun qiymətləndirilməsi üçün terminoloji dəyişiklik istəyir.

Məlumata görə, Meksika prezidenti Klaudiya Şeynbaum ölkədə “Ata yurdu” (ispanca “Patria” – kökü “ata” sözünə əsaslanır) anlayışının “Ana yurdu” (“Matria”) termini ilə əvəz edilməsini təklif edib.

Prezident bu barədə Quuanaxuato bələdiyyəsində çıxışı zamanı danışıb:

“İctimai mərkəzin açılışında dedim: ‘Vətən (Patria) sözü ‘a’ hərfi ilə yazılır, o qadın cinsindədir’. Sonra bu video ‘TikTok’da viral oldu və bir çox gənc qızlar bunu tez-tez təkrarlayırlar. Bəlkə onda bizdə ‘Ata yurdu’ yox, ‘Ana yurdu’ olmalıdır? Əslində, qadınların əməyi çox vaxt görməzdən gəlinir”.

Şeynbaumun sözlərinə görə, bu dəyişiklik qadınların cəmiyyətdəki roluna və əməyinə verilən dəyəri simvolizə etməlidir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
96
interpress.az

1Mənbələr