AZ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qanvermə aksiyası keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Səhiyyə Nazirliyinin tabeliyində olan “Respublika Qan Bankı” ilə birgə qanvermə aksiyası təşkil edib. “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilən könüllü qanvermə aksiyasında Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, aksiya zamanı Qan Bankının tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti müayinə edildikdən sonra qan analizi götürülüb.

Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, “Talassemiyasız həyat naminə” proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb və mütəmadi olaraq ölkə üzrə könüllü qanvermə aksiyaları təşkil edilir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

4221

4433

4978

7598

7682

11793

43852

44966

 

Seçilən
92
14
poliqon.az

10Mənbələr