AZ

bp-nin yeni CEO-su Meg O’Neill təyin olunub

Neft, qaz və bərpa olunan enerji şirkəti bp, 1 aprel 2026-cı il tarixindən etibarən Meg O’Neill-in baş icraçı direktor (CEO) vəzifəsinə təyin olunacağını açıqlayıb. Bu barədə şirkətdən bildirilib. 

Məlumata görə, bp-nin hazırkı CEO-su Murray Auchincloss vəzifəsindən ayrılacaq. Auchincloss problemsiz keçid prosesini təmin etmək üçün 2026-cı ilin dekabr ayınadək şirkətlə məsləhətçi qismində əməkdaşlıq edəcək.

Meg O’Neill hazırda Avstraliyanın beynəlxalq enerji şirkəti Woodside Energy-də CEO vəzifəsini icra edir. O’Neill 1 aprel 2026-cı ildən bp-də baş icraçı direktor olaraq fəaliyyətə başlayacaq, bu müddətədək isə şirkətin Təchizat, Ticarət və Nəqliyyat üzrə vitse-prezidenti Carol Howle müvəqqəti CEO funksiyasını icra edəcək.

bp-nin İdarə Heyətinin sədri Albert Manifold O’Neill-in təyinatından məmnunluğunu ifadə edib və Auchincloss-a şirkətə verdiyi töhfələrə görə təşəkkür edib. O’Neill isə şirkətin fəaliyyət göstəricilərini yaxşılaşdırmaq, innovasiya və dayanıqlılığı təşviq etmək, dünya üzrə enerji ehtiyaclarını qarşılamaq üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib.

Seçilən
141
anews.az

1Mənbələr