Bakı. Trend:
Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əlilliyi olanşəxslər təşkilatları ilə birgə həyata keçirdiyimiz ilk belətəşəbbüsdür. Ümid edirəm ki, bu, media peşəkarları üçün təşkilolunacaq yeganə seminar olmayacaq və siz burada faydalı biliklərəldə edəcəksiniz.
Bunu Trend-əaçıqlamasında bu gün Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi vəAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilən “Mediada inklüzivdildən istifadənin təşviqi” mövzusunda seminar çərçivəsində BMT-ninAzərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyevabildirib.
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əlilliyi olanşəxslərin hüquqlarını qoruyan təşkilatlarla birgə media peşəkarlarıüçün seminar və təlimlərin keçirilməsindən məmnunluğunu ifadəedib:
"Biz sözlərimizi əmələ çevirməyə çalışırıq və müxtəlifqabiliyyətlərə malik hər kəsin öz potensialını tam reallaşdırmasıüçün xidmətlərə bərabər çıxışının təmin olunmasını istəyirik.Azərbaycan cəmiyyətinin bu insanları necə anladığı və qəbul etdiyison dərəcə vacibdir. Məhz buna görə media bu prosesdə çox mühüm roloynayır.
Media cəmiyyətdə inklüzivliklə bağlı düşüncə və yanaşmalarındəyişməsində əhəmiyyətli təsirə malikdir. Siz seçdiyiniz sözlərləbu insanların kim olduğunu, onların hüquq və ehtiyaclarını izahedir, təkcə siyasətçilərin deyil, həm də cəmiyyətin, adi insanlarınbaxışlarını formalaşdırırsınız. Bu, müxtəlif qabiliyyətlərə malikinsanların, o cümlədən uşaqların qəbul olunmasına və onlara dəstəkgöstərilməsinə töhfə verir. Məhz buna görə bu seminarın təşkiliməni sevindirir".