AZ

34 nəfər Almaniyadan Azərbaycana geri qəbul edilib

Bakı. Trend:

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsizyaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 17dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan34 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumatverilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyətiəlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindənibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan AzərbaycanRespublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərinoperativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlısosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətindəmüvafiq tədbirlər həyata keçirir.

Seçilən
94
48
az.trend.az

10Mənbələr