Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, eləcə də pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirlər zamanı rayonun Muzdurlar kənd sakini S. Hüseynovdan külli miqdarda pirotexniki vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
FOTO QALEREYA

