Bakı. Trend:
2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ənfəal sahibkarlar mükafatlandırılır.
Trend xəbər verir ki,İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesinİnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesindir”devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimikeçirilir.
Tədbirdə 300-dən çox iş adamı, startap, biznes assosiasiyalarınnümayəndələri, millət vəkilləri və dövlət qurumlarınınnümayəndələri iştirak edir.
Tədbir çərçivəsində rəsmi şəxslərin çıxşları, “2026: KOB-larınçağırışı” mövzusunda panel müzakirə, 2025-ci ildə uğur qazanmış 17sahibkarlıq subyektinə “Dayaq” mükafatları təqdim edilməsi nəzərdəturulur.
Qeyd edək ki, sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfənəzərə alınaraq, artıq 4 ildir ki, biznes nümayəndələrinə “Dayaq”mükafatı təqdim edilir. KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş“Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olansahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznesdüşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasındaəməkdaşlığın daha da möhkəmləndirilməsidir. Bu mükafatsahibkarların dayanıqlı inkişaf, innovativ yanaşma və sosialməsuliyyət sahəsində yaratdığı dəyəri cəmiyyətə tanıdır. “Dayaq”mükafatı yalnız sahibkarlara təşəkkür deyil, həm də biznesin yenitəşəbbüslərə və daha böyük hədəflərə doğru addımlaması üçün çağırışvə dövlətin daima sahibkarın yanında olmasının göstəricisidir.
Xəbər yenilənəcək