Bakı. Trend:
Dekabrın 16-sı səhər saatlarında Qusar rayon Hil kəndininərazisində yerləşən evdə kənd sakini 32 yaşlı Diana Təyibovanınüzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Trend-in əldə etdiyi məlumata görə, polis tərəfindən keçiriləntədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovunmünaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinəvuraraq öldürməsi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.