AZ

“The Washington Post”: ABŞ və İsrail İrana hücum etmək üçün koordinasiyalı hərəkət edib

Dünən ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti, ABŞ və İsrailin İrana qarşı mümkün hücumlarla bağlı koordinasiyalı şəkildə hərəkət etdiyini iddia edən bir məqalə dərc edib. Məqalədə Vaşinqtonun hücumdan əvvəl İsrailin planlarından tam məlumatlı olduğu və bu planların həyata keçirilməsi üçün Təl-Əvivlə əməkdaşlıq etdiyi bildirilib.

Məqaləyə əsasən:

İsrail hücum qərarını əvvəldən qəbul edib və ABŞ bu qərardan tam xəbərdar olub.

“Diplomatik proses” görüntüsünün saxta olduğu və hər iki tərəfin rəsmilərinin, ABŞ–İsrail arasında fikir ayrılığına dair yayılan media xəbərlərini qəsdən gücləndirdikləri vurğulanıb.

İsrailin baş naziri Benyamin Netanyahunun, ABŞ rəsmiləri Uitkof və ya Tramp ilə razılaşmadığına dair yayılan məlumatların həqiqəti əks etdirmədiyi qeyd edilib.

Bu məqalə, ABŞ və İsrailin İranla bağlı birgə strateji addımlar atdıqlarını və bu məsələdə qarşılıqlı əlaqə və məlumat mübadiləsinin olduğunu göstərir.

Seçilən
103
veteninfo.az

1Mənbələr