Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da iştirak etdiyi“Ticarətin maliyyələşdirilməsi və təchizat zəncirlərininmaliyyələşdirilməsi sahəsində potensialın inkişafı” adlı regionallayihəyə dəstək göstərir.
Trend bu barədəAİB-ə istinadən məlumat verir.
Layihədə Azərbaycanla yanaşı, Ermənistan, Banqladeş, Kamboca,Kuk adaları, Gürcüstan, Hindistan, İndoneziya, Qırğızıstan,Malayziya, Monqolustan, Nepal, Pakistan, Filippinlər, Samoa,Şri-Lanka, Tacikistan, Tailand, Türkiyə, Özbəkistan və Vyetnamiştirak edir.
Təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondu hesabınamaliyyələşdirilir, maliyyələşmənin ümumi həcmi 2,50 milyon ABŞdolları təşkil edir.
Layihə ilə bağlı əlavə detallar açıqlanmır.