AZ

Hindistan Rusiyaya ixracı ikiqat artırmağı planlaşdırır

Yazını böyüt
Yazını kiçilt

Hindistan İxrac Təşkilatları Federasiyasının baş meneceri Acay Sahay, Hindistanın Rusiyaya ixrac həcmini hazırkı 5 milyard dollardan 10 milyard dollara qədər artırmağı hədəflədiyini açıqlayıb. Elektronika, əczaçılıq və geyim kimi sektorlar əməkdaşlıq üçün əsas sahələr kimi vurğulanır.

Hafta.az yazır ki, Rusiya Ticarət Konsulluğunun Hindistandakı təşkil etdiyi Biznes Klubunun iclasında çıxış edən Acay Sahay iki ölkə arasında əhəmiyyətli ticarət potensialını vurğulayıb. "Bazarlara çıxış əldə etdiyimiz bir sıra sektorlar var. Maşınqayırma sahəsində xüsusilə yaxşı nəticələr əldə etmişik", - deyə o bildirib. Hindistanın Rusiya ilə əməkdaşlığını inkişaf etdirə biləcəyi bəzi sahələr bunlardır: Elektrotexnika və elektronika, əczaçılıq (Metal sənayesi), maşınqayırma, geyim sektoru.

Sahay geyim sektorundakı fürsəti vurğulayaraq bildirib: "Məsələn, geyim ixracı ilə bağlı məlumatları araşdırırıq. Rusiyanın geyim idxalı 7 milyard dollara yaxınlaşır, lakin biz ora yalnız 100 milyon dollar ixrac edirik".

Hindistan rəsmisi əlavə edib ki, bu boşluğu aradan qaldırmaq üçün onların məhsul keyfiyyətinin yaxşılaşdırılmasına ehtiyac var.

Acay Sahay iki ölkə arasındakı münasibətlərdə təkcə mal ticarətində deyil, həm də xidmət sektorunda böyük potensialın olduğunu bildirib. O, xüsusilə aşağıdakı sahələrdə əməkdaşlıq imkanlarına diqqət çəkib: Nəqliyyat və logistika, rəqəmsal ödənişlər və fintech (maliyyə texnologiyaları), bərpa olunan enerji mənbələri.

Seçilən
35
hafta.az

1Mənbələr