Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycanda 2025-ci il Ölkə Prezidenti,YAP Sədri,Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bu gün Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunan, beynəlxalq müstəvidə böyük hörmət və nüfuz sahibi olan, müstəqil və demokratik siyasət yürüdən qüdrətli dövlət kimi bütün dünya ölkələri üçün örnək nümunədir. Məhz elə “Konstitusiya və Suverenlik İli” münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən aministiya aktı təxminən 20 min nəfərdən artıq məhkuma şamil olunacaq. Bu aministiya aktı müvafiq layihələr içiərisindəki ən böyük layihədir.Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müstəsna səlahiyyəti olan bağışlamaq hüququndan məhz insanlara azadlıq kimi gözəl nemətin bəxş edilməsində istifadə edir. Bu isə öz növbəsində Azərbaycan Prezidentinin bütün fəaliyyətində sülh, ədalət və humanizm prinsiplərinə əsaslanan Lider olduğunu sübuta yetirir.Beləliklə həmin akt 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülüb və nəticə etibarilə 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi nəzərdə tutulmuşdur. Tural İsmayılov YAP Yevlax rayon təşkilatının sədr müavini
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.