ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 18 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində qarışıq rejimli cəzaçəkmə müəssisəsində saxlanılan 40 məhbusa şəxsiyyət vəsiqəsi təqdim edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sənədlərin verilməsi prosesi əvvəlcədən aparılmış müvafiq yoxlamalar, şəxsiyyətin müəyyənləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun prosedurlar əsasında həyata keçirilib. Bu prosesdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat Şöbəsinin əməkdaşları ilə yanaşı, muxtar respublika Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları da iştirak ediblər.
1 / 2
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.