AZ

Amnistiya Azərbaycan dövlətçiliyinin humanist mahiyyətini nümayiş etdirən alətlərdən biridir - Azər Qarayev

Bakı. Trend:

Müstəqil Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsitarixi yalnız siyasi və iqtisadi islahatlarla deyil, eyni zamandadərin mənəvi dəyərlərə söykənən humanist yanaşmalarla səciyyələnir.Dövlətin gücü təkcə sərt hüquqi mexanizmlərlə deyil, həm dəcəmiyyətə, insana, sosial ədalətə və mərhəmətə göstərilənmünasibətlə ölçülür. Bu baxımdan amnistiya Azərbaycandövlətçiliyinin humanist mahiyyətini açıq şəkildə nümayiş etdirənmühüm siyasi-hüquqi alətlərdən biridir.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi vəxilaskarlıq missiyası nəticəsində müasir Azərbaycan dövlətininəsasları qoyulmuş, Konstitusiya qəbul edilmiş və hüquqi dövlətquruculuğu yolunda möhkəm bünövrə yaradılmışdır. Məhz bu siyasiməktəbin davamı olaraq amnistiya və əfv institutları bu gün dədövlət idarəçiliyinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir.

Azərbaycan xalqı son illərdə tarixi hadisələrin canlı şahidinəçevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevinqətiyyətli liderliyi, müdrik strategiyası və xalq-ordu-dövlətbirliyi nəticəsində Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər,ardınca həyata keçirilən lokal xarakterli antiterror əməliyyatıölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. BuZəfər təkcə hərbi-siyasi qələbə deyil, eyni zamanda hüquqi vəmənəvi baxımdan yeni bir mərhələnin başlanğıcı oldu", - obildirib.

Onun sözlərinə görə, suverenliyin bərpası ilə AzərbaycanRespublikasının Konstitusiyasının ali hüquqi qüvvəsi ölkənin bütünərazilərində tam şəkildə təmin edildi.

"Dövlətin hüquqi məkanı bütövləşdi, qanunun aliliyi prinsipiyeni reallıqlar fonunda daha da möhkəmləndi. Məhz belə bir tariximərhələdə Prezident İlham Əliyevin amnistiya təşəbbüsü irəlisürməsi həm siyasi baxımdan, həm də mənəvi-ideoloji aspektdənxüsusi əhəmiyyət daşıyır.

Beynəlxalq təcrübə və hüquq nəzəriyyəsi göstərir ki, amnistiyayalnız güclü, özünə güvənən və sabit dövlətlərin həyata keçirəbiləcəyi humanist addımdır. Dövlət öz suverenliyini tam təminetdikdən, hüquqi nəzarəti möhkəmləndirdikdən sonra cəmiyyətə qarşımərhəmət göstərmək gücün və siyasi yetkinliyin göstəricisidir.

Prezident İlham Əliyevin amnistiya təşəbbüsü məhz bu kontekstdəqiymətləndirilməlidir. Dövlət başçısı humanizm və mərhəmətənənələrinə sadiq qalaraq, cəzanın yalnız cəzalandırma deyil, həmdə tərbiyəvi mahiyyət daşıdığını bir daha ön plana çıxarır.Amnistiya, eyni zamanda, insanlara ikinci şans vermək, onlarıcəmiyyətə yenidən qazandırmaq məqsədi daşıyır.

Amnistiya aktının layihəsinə nəzər saldıqda onun dərin sosialməzmun daşıdığı açıq şəkildə görünür. Layihədə Vətən müharibəsindəvə 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatlarındaiştirak etmiş şəxslərin, həlak olmuş və ya itkin düşmüşqəhrəmanlarımızın yaxın qohumlarının, müharibə nəticəsində əlilolmuş şəxslərin əhatə olunması dövlətin şəhid ailələrinə, qazilərəvə müharibə iştirakçılarına göstərdiyi yüksək ehtiramın bariznümunəsidir", - o bildirib.

A.Qarayev qeyd edib ki, bununla yanaşı, qadınlar, 60 yaşdanyuxarı şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlarkimi həssas kateqoriyalara xüsusi yanaşma göstərilməsi humanistdövlət modelinin mahiyyətini ortaya qoyur. Bu, cəmiyyətin zəiftəbəqələrinin müdafiəsi, sosial ədalətin təmin olunması və hüquqisistemin insana yönəlik xarakter daşımasının göstəricisidir.

"Amnistiya aktı yalnız geniş əhatə dairəsi ilə deyil, həm dəcəza siyasətində balanslı yanaşmanı təmin etməsi ilə diqqət çəkir.Böyük ictimai təhlükə törətməyən, az ağır və ya ehtiyatsızlıqdantörədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azadedilməsi və ya cəzalarının azaldılması hüquqi sistemin ədalətprinsiplərinə uyğunluğunu nümayiş etdirir.

Bu yanaşma bir tərəfdən cəmiyyətin təhlükəsizliyini təmin edir,digər tərəfdən isə insan taleyinə həssas münasibəti qoruyur. Dövlətaçıq mesaj verir: qanun pozuntuları cəzasız qalmır, lakin insanınislah olunması və cəmiyyətə reinteqrasiyası da əsas məqsədlərdənbiridir.

Proqnozlara əsasən, Milli Məclisə təqdim olunan bu Amnistiyaaktı Azərbaycan tarixində əhatə dairəsinə görə ən böyük amnistiyaolacaq. Ümumilikdə 20 mindən çox şəxsin bu aktdan yararlanacağıgözlənilir. Onlardan minlərlə insanın azadlıqdan məhrumetməcəzasından azad olunması, digərlərinin cəzalarının azaldılması vəya cinayət məsuliyyətindən tam azad edilməsi nəzərdə tutulur", - obildirib.

Politoloq vurğulayıb ki, bu rəqəmlər təkcə statistik göstəricideyil. Onların arxasında minlərlə ailənin taleyi, sosial mühitəqayıdan insanlar, yenidən qurulan həyat hekayələri dayanır. Bu,cəmiyyətin sağlamlaşmasına və ictimai harmoniyanın möhkəmlənməsinəxidmət edən mühüm addımdır.

"Prezident İlham Əliyevin siyasi fəaliyyətində humanizm xəttiardıcıl və sistemlidir. Əfv sərəncamları, sosial islahatlar, şəhidailələri və qazilərə göstərilən xüsusi diqqət, məcburi köçkünlərinqayıdışı, sosial rifahın artırılması bu siyasətin tərkibhissələridir. Amnistiya təşəbbüsü də bu ümumi strategiyanın məntiqidavamıdır.

Bu liderlik modeli güc və mərhəmətin, prinsipiallıq vəinsanpərvərliyin harmoniyasına əsaslanır. Amnistiya təşəbbüsümüasir Azərbaycan dövlətinin siyasi yetkinliyinin, hüquqisabitliyinin və humanist mahiyyətinin parlaq ifadəsidir. Bu addımgöstərir ki, Azərbaycan öz tarixinin yeni mərhələsinə qalib, güclüvə mərhəmətli dövlət kimi qədəm qoyub. Suverenliyini bərpa etmiş,hüquqi məkanını bütövləşdirmiş ölkə indi cəmiyyət daxilində insanamilinə daha geniş meydan verir", - A.Qarayev əlavə edib.

Məqalədə:
Seçilən
121
az.trend.az

1Mənbələr