AZ

Qadın Hüquqları Birliyi 2026-cı il üçün yeni sosial layihələrə start verir

Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi İctimai Birliyinin sədri İradə Polad QHT.az-a açıqlamasında bildirib ki, təşkilat 2026-cı il üçün fəaliyyət planını genişləndirərək qadınların maarifləndirilməsi və sosial-iqtisadi imkanlarının artırılmasını prioritet istiqamət kimi müəyyənləşdirib.

Onun sözlərinə görə, gələn il üçün əsas hədəflər əvvəl başlanmış layihələrin davam etdirilməsi, yerli məktəblərdə maarifləndirici təlimlərin təşkili, müxtəlif peşələr üzrə bacarıq və qabiliyyəti olan qadınlar üçün ixtisasartırma proqramlarının həyata keçirilməsidir:

"Təlimlərdən sonra iştirakçı qadınların işlə təmin olunması istiqamətində addımlar atmağı, eyni zamanda onlar üçün psixoloji və sosial yönümlü seminarlar keçirməyi planlaşdırırıq. 2025-ci ildə əldə olunan nəticələrə də toxunaraq bildirib ki, ölkədə həyata keçirilən maarifləndirici və təbliğat işləri öz müsbət təsirini göstərib. Öz rayonlarına qayıdan sakinlərdə gələcəyə inam hissi artıb, yeniyetmə və gənclər arasında yurda və torpağa bağlılıq daha da güclənib".

İradə Polad vurğulayıb ki, görülən işlər ərazilərə qayıdış prosesinə, eyni zamanda Azərbaycan dövlətinin təhlükəsizliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsinə töhfə verib.

Seçilən
96
qht.az

1Mənbələr