Bakı.Trend:
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləritədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlarınmaddi vəsaitini ələ keçirən 34 yaşlı Kamran Abdullayevsaxlanılıb.
Trend-inməlumatına görə, o, saxta sənədlər hazırlayaraq vətəndaşlarındövlət qurumlarında olan işlərini müsbət həll edəcəyinə dair yalanvədlər verib və bu kimi dələduzluq əməlləri ilə onların pulunu ələkeçirib.
Belə ki, K.Abdullayev barəsində toplanmış materiallar baxılmasıüçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 aymüddətinə inzibati qaydada həbs olunub.
Həmin şəxsin analoji əməllərindən zərər görən şəxslər polisorqanlarına məlumat verə bilərlər.