"Arabaçı Əlillər” İctimai Birliyinin təsisçisi İlham Məhərrəmov QHT.az-a açıqlamasında bildirib ki, həyata keçirilən layihələr çərçivəsində əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına xüsusi diqqət yetirilib.
Onun sözlərinə görə, il ərzində əlilliyi olan şəxslər üçün maarifləndirici təlim və seminarlar təşkil olunub, sosial bacarıqlarının və özünəinamlarının artırılmasına yönəlmiş praktiki məşğələlər keçirilib. İlham Məhərrəmov qeyd edib ki, layihələr zamanı inklüzivlik və bərabər imkanlar mövzusunda cəmiyyət üzvləri arasında geniş məlumatlandırma işi aparılıb, eyni zamanda dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq əlaqələri gücləndirilib. Sahə üzrə mövcud problemlər və ehtiyaclar müəyyənləşdirilərək müvafiq təklif və tövsiyələr hazırlanıb:
"Arabaçı Əlillər” İctimai Birliyinin 2026-cı il üçün əsas prioritetlərinə gəlincə qeyd edim ki, gələn il üçün əsas hədəflər əlilliyi olan şəxslərin davamlı sosial inteqrasiyasını təmin edən uzunmüddətli layihələrin icrası, əlçatan mühitin inkişafı və bu sahədə ictimai nəzarətin gücləndirilməsidir. 2026-cı ildə regionlarda fəaliyyətin genişləndirilməsi, yerli icmalarla işin dərinləşdirilməsi, gənc əlilliyi olan şəxslərin təhsil və ictimai fəallığının artırılması, eləcə də təşkilatın institusional və maliyyə dayanıqlığının gücləndirilməsi əsas prioritetlər sırasında yer alacaq".