ABŞ prezidenti Donald Tramp xalqa 20 dəqiqəlik müraciətlə çıxış edib.
AzPost bildirir ki, o, çıxışının əsas hissəsini özünü tərifinə və əvvəlki Demokrat administrasiyasının və Baydenin tənqidinə həsr edib.
Onun çıxşında Ukraynadakı müharibə və Venesueladakı vəziyyət də daxil olmaqla, xarici siyasət məsələlərinə toxunmayıb.
Tramp bildirib ki, o xaosu miras alıb və onu qısa müddətdə həll edə bilib. Tramp Demokratların dövründə ABŞ sərhədlərinin faktiki olaraq açıq olduğunu, ölkəyə cinayətkarlar da daxil olmaqla miqrantların axın etdiyini vurğulayıb. “Amerika siyasəti ABŞ-dan görünməmiş miqyasda istifadə edən terrorçulara və digər ölkələrə” xidmət edirdi. Dünya bizə güldü. Amma onlar artıq gülmürlər”, – deyə prezident vurğulayıb.
Tramp iddia edib ki, son aylarda ABŞ-a bir dənə də olsun qanunsuz immiqrant daxil olmayıb.
Prezident xüsusilə təhlükəsizlik məsələlərinə toxunaraq Vaşinqtonun indi əvvəlkindən daha təhlükəsiz olduğunu və administrasiyasının qaniçən narkotik kartellərinə zərbələr endirdiyini bildiribş O, həmçinin ABŞ-ın dünyanın ən güclü ordusuna sahib olduğunu vurğulayıb. Tramp səkkiz müharibəni dayandırdığını, 3000 ildə ilk dəfə Yaxın Şərqə sülh gətirdiyini və İsrail girovlarının azad edilməsində iştirak etdiyini vurğulayıb.
Çıxışının iqtisadi hissəsində Tramp vəzifəyə başlayanda inflyasiyanın son 48 ildə ən yüksək olduğunu, lakin indi qiymətlərin düşdüyünü, əmək haqqının artdığını və yeni iş yerlərinin yaradıldığını bildirib. O, xüsusilə tarifləri tərifləyərək onları “ən sevdiyi söz” adlandırıb. O, tariflər sayəsində rekord miqdarda pulun ABŞ-a geri axdığını söyləyib.
Çıxışını yekunlaşdıran Tramp Amerikaya hörmət edildiyini, ölkənin indi əvvəlkindən daha güclü şəkildə üzə çıxdığını və iqtisadi bumun astanasında olduğunu bildirib. O, qarşıdan gələn Dünya Kuboku, Olimpiya Oyunları və Müstəqillik Bəyannaməsinin 250 illiyinə hazırlıqlardan bəhs edib.
“Dünya 2026-cı ildə bizə baxanda qoy vətəndaşlarına sadiq, kimliyinə və taleyinə inamlı bir ölkə görsünlər. Bizə həsəd aparsınlar”, – deyə prezident bildirib.