AZ

Mina partlayışında xəsarət alan şəxs xəstəxanadadır

Ağdamda minaya düşərək xəsarət alan traktorçu Məlik Məmmədov Mingəçevirdəki hospitala göndərilib.

"Yeni Sabah" xəbər verir ki, onun ilkin müayinəsi əvvəlcə Ağdamdakı xəstəxanada aparılıb.

Daha sonra müalicəsinin ixtisaslı tibb müəssisəsində aparılması qərara alınıb və zərərçəkən Mingəçevirdəki hospitala təxliyə edilib.

Xatırladaq ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib.

1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Q. Məmmədov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. 


Telegram kanalımız
Seçilən
138
yenisabah.az

1Mənbələr