AZ

Hətta kor qadın da onun fantastik olduğunu bilər

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Liqa Kubokunun 1/4 final matçında "Brentford"a qarşı (2:0) oyunda bir qol vuran komandasının yarımmüdafiəçisi Rayan Çerkinin yaxşı oyununu yüksək qiymətləndirib.

Publika.az xəbər verir ki, Qvardiola bu haqda BBC-yə bildirib.

"O, rəqibin cərimə meydançası yaxınlığında müstəsna oyunçudur. Bu, fantastik qol idi. Hətta kor qadın da bunu görə bilər. Onun fantastik oyunçu olduğunu anlamaq üçün jurnalist və ya məşqçi olmaq lazım deyil.

Mən Fil Foden və Kevin De Bruynedən dəfələrlə belə qollar görmüşəm, ona görə də oyunda hesabın məhz bu qolla açılmasına şadam".

Seçilən
107
publika.az

1Mənbələr